30 Oktyabr 2015 03:00
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Park Cinema” kinoteatrlar şəbəkəsində Avropa Kinosu Festivalının açılışı ilə əlaqədar mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, konfransda Avropa İttifaqının nümayəndəsi Marina Mard, Belçikanın Azərbaycandakı səfiri Karine Petit və “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev iştirak edib.

Namiq Quliyev bildirib ki, bu il festivalın proqramı əvvəlki festivallardan daha zəngindir. Belə ki, proqramda Almaniya, Finlandiya, Çexiya, Böyük Britaniya, Avstriya, Xorvatiya, Belçika, Rumıniya, İtaliya, Estoniya, Fransa, İspaniya, Latviya, Macarıstan, İsvec, Yunanıstan, Litva və Portuqaliya filmləri var. Azərbaycanı isə Avropa Kinosu Festivalında Kamran Şahmərdanın yazıçı Elçinin pyesi əsasında çəkdiyi “Qatil” filmi təmsil edəcək. Onun sözlərinə görə, festival üçün Azərbaycan filmlərinin seçilməsi “Azərbaycanfilm” kinostudiyası ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə məsləhəti ilə baş verir.

Avropa filmlərini Azərbaycanda böyük marağın olduğunu bildirən Karine Petit qeyd edib ki, festival günlərində tamaşaçılara komediya, drama, fantastika, macəra janrında çəkilmiş bədii filmlərlə yanaşı, animasiya və sənədli fimlər də təqdim olunacaq.

Açılışda Belçika kinematoqrafçılarının istehsal etdikləri “Turquaze” filmi nümayiş olunub.

Filmlər «Park Cinema»nın bütün kinoteatrlarında - Park Cinema Zaqulba, Park Cinema Flame Tower, Park Bulvar i Park Cinema Metropark , həmçinin Nizami Kino Mərkəzində nümaiş etdiriləcək.

Nərmin


Müəllif:

Oxşar xəbərlər