20 Noyabr 2015 18:10
2 693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist, Afaq Abbasova qastrol səfərindən qayıdıb.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, ifaçı Müstəqil Dövlətlər Birliyi ölkələri gənc opera solistlərinin “Voronej – MDB-nin mədəni paytaxtı” dövlətlərarası proqramının Qala-konsertində çıxış edərək Azərbaycanı təmsil edib.

Voronej Dövlət Opera və Balet Teatrında keçirilən konsertdə Rusiya, Ukrayna, Belorus, Moldova, Azərbaycan, Qırğızıstan, Özbəkistan və Tacikistandan olan ən istedadlı gənc vokalçılar iştirak ediblər.

Afaq Abbasova Qala-konsertdə iki nömrə ilə çıxış edib. Onlardan biri Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Nigarın ariyası, digəri isə Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrının solisti Raxim Mirzokamalovla birlikdə C.Verdinin “Trubadur” operasından duet olub.

Azərbaycanlı vokalçının ifası böyük hərarətlə qarşılanıb.

Nərmin


Müəllif: