18 Fevral 2016 15:25
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 23-də Nizami Kino Mərkəzində Gürcüstanın “K Production” kino şirkəti tərəfindən Azərbaycan kinematoqrafçılarının iştirakı ilə istehsal edilmiş “Robinzon və 9 cümə” bədii filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, təqdimatdan öncə saat 17:00-da isə Nizami Kino Mərkəzinin mətbuat klubunda filmin yaradıcı heyətinin iştirakı ilə mətbuat konfransı olacaq.

Təqdimatda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstan Respublikası Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında İşçi Qrupunun toplantısı çərçivəsində ölkəmizdə səfərdə olacaq Gürcüstan nümayəndə heyəti də iştirak edəcək.

İndiyədək Tbilisi və Minsk şəhərlərində təqdimatları keçirilən filmin quruluşçu rejissoru Georgiy Kikaleişvilidir. Filmdə Paata Quliaşvili, Vaxtanq Kikabidze, İrakli Pircxalava, Keta Topuriya, Polad Bülbüloğlu, Bəhram Bağırzadə, Manana Caparidze, Nani Breqvadze, Luçiya Luşik, Arçil Meparidze, Kaxi Kavsadze bə başqaları rol alıblar.

Nərmin


Müəllif:

Oxşar xəbərlər