11 Mart 2016 13:30
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Osnabrück şəhərində 2005-ci ildən etibarən ənənəvi olaraq Osnabrück Şərq Festivalı keçirilir. Ölkənin qantara.de portalında qeyd edilir ki, festival Avropada şərq musiqisinin tanınmasında böyük rol oynayır. İndiyədək festival İran, Suriya, İraq, İordaniya və Türkiyədə xor və orkestr layihələri həyata keçirib.

Məşhur Osnabrück Orient Festivalının təsisçisi Mixael Drayer Azərbaycan haqqında söyləyib: “Azərbaycan məni çox heyrətləndirir. Bu kiçik ölkənin güclü musiqi kimliyi var. Azərbaycandan başqa heç bir yerdə muğamın özündə bütün musiqi üslublarını – klassik musiqidən caza qədər birləşdirən klassik sistem yoxdur. Mənim üçün festivalın ən yüksək zirvəsi 2009-cu ildə Alim Qasımov və İbrahim Keyvonun festivalda iştirak etməsi olub. O zaman hətta düşündüm ki, bəlkə artıq festivalın fəaliyyətini dayandırmaq olar. Alim Qasımov mənə festival barədə dedi ki, burada özümü evimdə hiss edirəm”.


Müəllif:

Oxşar xəbərlər