29 Mart 2016 11:43
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Türk Mədəniyyətləri Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Novruz Bayramı münasibətilə Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında konsert proqramı təşkil edilib.

Teleqraf.com xəbər verir ki, Ankara və İstanbuldan başlayan türkdilli ölkələrin musiqiçilərinin bayram konserti coşqu ilə davam edib. Bu barədə Azərbaycanı təmsil edən aşıq Əli Tapdıqoğlu məlumat verib. Onunla birlikdə səhnəni “Çəngi” estrada folklor ansamblı paylaşıb.

Aşıq Əlinin növbəti konserti bu gün Nyu-Yorkdakı ali təhsil ocaqlarından birində baş tutacaq. Martın 31-də isə heyət Vaşinqtonda keçirilən bayram konsertində çıxış edəcək.

Azərbaycanlı musiqiçilər Azərbaycan Mədəniyyət və Turzim Nazirliyinin xətti ilə ABŞ-a yola düşüblər.

Konsert proqramında Azərbaycanla yanaşı Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Qaqauziya, Bosniya-Hersoqovina, Monqolustan, Makedoniya, Türkmənistandan olan musiqiçilər də çıxış ediblər.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər