“Həyat yoldaşım muğamımızı çox sevir. O Azərbaycan musiqilərinə heyrandır”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artist Fidan Hacıyeva deyib.
Fidan Hacıyeva 2003-cü ildə İngiltərə vətəndaşı Filip Neylorla ailə qurub.
Xalq artistinin sözlərinə görə, sənətdə və həyatda ən birinci dəstəkçisi həyat yoldaşıdır: “Sənətimə çox böyük hörmət edir. Çünki musiqilərimizi sevir, tez-tez dinləyir. Mənə deyir ki, repertuarını zənginləşdir. Ən birinci fanatım odur.
Həyat yoldaşım mənə həm maddi, həm də mənəvi mənə çox dəstək olur. Bilirsiniz ki, teatrda yüksək maaş almarıq. Mən də toylara getmirəm. Amma tələbələrim var”.
Nərmin