15 May 2016 13:56
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Muzey Mərkəzində Qalina Dmitrukun müəllifi olduğu gəlinciklərdən ibarət fərdi sərgi açılıb.

Trend-in məlumatına görə, sərginin açılış mərasimində çıxış edən müəllif sərgi təşkilatçılarına təşəkkürünü bildirib və əl işlərinin Bakıda nümayiş olunmasından qürur duyduğunu bildirib: "Bakı mənim sevdiyim şəhərdir. İşlərimi burada nümayiş etdirməkdən zövq alıram".

Sərgidə məşhur gəlincik ustasının "müasir Şəhrizadlar"ı - "Dəniz", "Əminə", "Məryəm", "Bella", "Sara", "Aylin", "Sevil", "Kamilla", "Liya" nümayiş olunur.


Müəllif:

Oxşar xəbərlər