6 May 2015 15:06
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə dünya ölkələri arasında dostluğa və tərəfdaşlığa mühüm töhfə verir”.

Bu barədə Trend-ə Yunanıstan Parlamentinin deputatı Evgenia Ouzounidou deyib.

Azərbaycanın I Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdığını deyən yunanıstanlı deputat qeyd edib ki, bu cür tədbirlər həmişə bütün ölkələrə böyük faydalar gətirir:

“Təbii ki, bu Oyunlar eyni zamanda idmançılara özlərini sübut etmək üçün gözəl bir imkan yaradır”.

E.Ouzounidou vurğulayıb ki, I Avropa Oyunları Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və iqtisadi inkişafına da yaxşı imkan yaradacaq:

“Məlum olduğu kimi bu Oyunlarda minlərlə idmançı iştirak edəcək və on minlərlə xarici vətəndaş yarışları izləmək üçün Azərbaycana gələcək. Eyni zamanda, yarışlar dünyanın hər tərəfində yayımlanacaq. Təbii ki, bütün bunlar Azərbaycanın dünyada daha yaxşı tanınmasına, ölkəyə gələcəkdə çoxlu sayda turistlərin gəlməsinə imkan yaradacaq. Yunanıstan da Olimpiya Oyunlarına ev sahibliyi edib. Bu təcrübədən deyə bilərəm ki, Azərbaycan ilk Avropa Oyunlarından çox böyük faydalar götürəcək”.


Müəllif: