7 May 2015 00:03
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarında təhlükəsizlik tədbirləri ilə bağlı Daxili İşlər Nazirliyində 15 köməkçi qərargah yaradılıb. Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında deyib.

C.Məmmədov bildirib ki, bu qərargahlar tədbirlər keçirilən məkanlar və qeyri-yaşayış sahələri üzrə yaradılıb.

Onun sözlərinə görə, obyektlər, dayanacaqlar, avtobusların müşahidəsi xüsusi chazlarla yoxlanılacaq.

C.Məmmədov deyib ki, artıq bütün sahələr üzrə DİN-in şəxsi heyətinin hazırlığı bir daha yoxlanılıb.


Müəllif:

Oxşar xəbərlər