Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi iyunun 12-də start götürəcək Avropa Oyunlarından öncə, mayın 9-da Olimpiya Stadionunun hazırlıq vəziyyətini sınaqdan keçirəcək.
Əməliyyat Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, ictimaiyyət üçün qapalı olan tədbir son həftələrdə arenalarda baş tutmuş oxşar təşəbbüslərin sonuncusudur.
Mayın 9-da saat 12:00-dan 19:00-a qədər Bakı Olimpiya Stadionuna yaxın ərazilərə getmək istəyən və ya bu zonada ictimai nəqliyyatdan istifadə edəcək sakinlərin nəzərinə çatdırılır ki, həmin saatlarda bu ərazidən keçən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
9 may tarixdə və Bakı-2015 Avropa Oyunları zamanı şəhərdaxili nəqliyyatın hərəkət planı barədə ən son məlumatları aşağıdakı mənbələrdən əldə etmək olar:
Bakı-2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə;
Nəqliyyat Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifələri;
Radio, rəsmi internet və "facebook" səhifələri də daxil olmaqla Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əlaqə kanalları.