15 May 2015 23:18
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Avropa Oyunlarının keçirilməsi ölkəni beynəlxalq arenada daha da məşhurlaşdıracaq.

Bunu Trend-ə İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto deyib.

Onun sözlərinə əsasən, Azərbaycanın böyük beynəlxalq tədbirlər keçirmək sahəsində geniş təcrübəsi var: "Bu yaxınlarda Bakıda Asiya İnkişaf Bankının illik görüşü, eləcə də "Tour d'Azerbaidjan" veloyürşü keçirildi. Ümid edirəm ki, Oyunlar çox maraqlı olacaq və yarışlarda xeyli yeni rekord müəyyənləşdiriləcək. Belə Oyunlar beynəlxalq yarışlarda iştirak təcrübəsi qazanmaq imkanı olan atletlər üçün xüsusilə vacibdir".


Müəllif: