Sınaq əməliyyatı Bakı 2015-in mərkəzi ofisində baş tutub.
Teleqraf.com-un məlumatına görə, Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi (BAOƏK) bu gün öz qərargahında Avropa Oyunlarına ümumi hazırlıq çərçivəsində evakuasiya prosedurunu uğurla sınaqdan keçirdi.
Komitənin sözçüsü belə deyib:
"Hər bir böyük təşkilat belə qlobal tədbirdən öncə özünün fövqəladə vəziyyət və evakuasiya prosedurunun hər bir aspektini sınaqdan keçirir. BAOƏK də bu gün bunu uğurla və rəvan şəkildə həyata keçirdi."
Rüstəm