5 İyun 2015 17:57
331

Avropa Oyunlarında basketbolun 3х3 növündə yarışacaq milli komandamız “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıqları davam etdirir.

AZƏRTAC xəbər verir ki, Madridin ”Real” komandasında çıxış edən Ceysi Kerroldan başqa, Avropa ölkələrinin aparıcı klublarında çıxış edən milli komandamızın bütün üzvləri baş məşqçi Elxan Əliyevin başçılığı altında toplanıb.

Oyunlara hazırlıq çərçivəsində basketbolçularımız iyunun 2-dən 5-dək Macarıstanda təlim məşqləri keçiriblər.


Müəllif: