6 İyun 2015 01:10
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyalı idmansevərlər “Bakı-2105” ilk Avropa Oyunlarında mübarizə aparacaq gənc boksçu Quido Vianelloya böyük ümidlər bəsləyirlər.

Dünya boks seriyasında bir sıra uğurlar əldə edən 21 yaşlı idmançı “Bakı-2015”də super ağır çəki dərəcəsində mübarizə aparacaq. Bu yarışlarda medallara iddialı olan idmançı deyib: “Beynəlxalq turnirlərə qatıldığım ilk zamanlar güclü rəqiblər qarşısında özümü nisbətən zəif hiss edirdim. Lakin durmadan və inamla məşqlərimi davam etdirərək hədəflərimə nail olmağa başladım. Artıq istənilən güclü idmançıya qalib gəlmək əzmindəyəm, çünki özümə inanıram. Hədəfim “Bakı-2015”də qızıl medal qazanmaqdır. Yarışlarda texniki bacarıqlarımı göstərərək rəqiblərimi üstələyəcəyəm”.


Müəllif:

Oxşar xəbərlər