I Avropa Oyunlarının açılış mərasimi möhtəşəm şou oldu.
Trend-in məlumatına əsasən, bunu Avropa Oyunları Әməliyyatlar Komitəsinin Әməliyyatlar üzrə baş direktoru Saymon Kleq I Avropa Oyunları ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib.
S.Kleq Azərbaycan xalqının I Avropa Oyunlarının keçirilməsi və açılış mərasiminin ən yüksək səviyyədə təşkil olunması ilə bağlı qürur hissi keçirdiyindən əmin olduğunu dilə gətirib.
O qeyd edib ki, hazırda 4200-dən çox idmançı və rəsmi şəxs Bakıda Atletlər kəndində və təqribən 420 idmançı Mingəçevirdə qalır.
S.Kleq bildirib ki, karate üzrə yarışlarda azərbaycanlıların qızıl medal almaq şansı çox böyükdür.