13 İyun 2015 22:20
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lüksemburqun “Gündəlik” qəzetində birinci Avropa Oyunları ilə bağlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, “Bakı-2015” Avropa Oyunları artıq başladı” adlı məqalədə açılış mərasiminin çox gözəl təşkil edildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, Bakı Olimpiya Stadionu gözəl kompozisiya ilə bəzənmişdi. Ledi Qaqanın səhnəyə çıxışı da xüsusi canlanma yaratdı. Atlet Ceff Henkelsin Lüksemburq bayrağını stadiona gətirməsi ölkə üçün fərəhli an idi. Lüksemburq komandasının 15 üzvü açılışda iştirak edib. Qalan 15 nəfər isə yaxın günlərdə Azərbaycan paytaxtına gedəcək.

Bildirilib ki, qəzetin çap versiyasında “Bakı-2015” barədə geniş reportaj dərc ediləcək.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

http://www.lequotidien.lu/jeux-europeens-bakou-2015-cest-parti/


Müəllif: