“Oyunda əsasən blok-müdafiə mövqeyini tutduq. Bu strategiyaya uyğun məşqlər apardıq və bunun əhəmiyyətini gördük. Fikrimcə, düzgün taktika seçdik və qələbəni qazandıq”.
Bunu Teleqraf.com açıqlamasında Türkiyənin kişilərdən ibarət voleybol komandasının baş məqşçisi Alper Hamurçu deyib. O, idmançılarından razı qaldığını bildirib.
Hamurçu “Bakı-2015” Birinci Avropa Oyunları haqqında da fikirlərini bölüşüb: “İlk dəfə keçirilən tədbirdi. Biz də burada iştirak etmək üçün həm təcrübəli, həm də gənc idmançılarımızı gətirdik. Təşkilatçılıq çox yüksək səviyyədə qurulub. Həm qaldığımız, həm də yarışların keçirildiyi yerlər çox mükəmməldir. Bundan məmnun qaldıq”.
Samir