“Bakı-2015” Birinci Avropa Oyunlarında qadınlar arasında voleybol yarışları çərçivəsində günün ən gözlənilən oyunu keçirilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan və Polşa kollektivi arasında keçirilən görüşün birinci hakimi Çexiyadan olan Karin Zahorçovadır. Azərbaycan komandasının baş məşqçisi Aleksandr Çervyakov, Polşanın baş məşqçisi isə Yacek Navroski olub.
Birinci hissənin ilk texniki fasiləsinə Polşa üstün yollanıb: 8-7. İkinci texniki fasiləyə də Azərbaycan yığması geridə ayrılıb: 15-16. Birinci setin qalibi Azərbaycan komandası oldu: 28-26.
İkinci setdə ilk texniki fasiləyə komandamız öndə yollanıb: 8-3. Azərbaycan millisi 7 xal fərqlə ikinci texniki fasiləyə üstün ayrılıb: 16-9. İkinci hissənin də qalibi Azərbaycan milli komandası oldu: 25-16.
Üçüncü setdə ilk texniki fasiləyə Poşla valeybolçuları geridə ayrılıb: 7-8. İkinci texniki fasiləyə Azərbaycan üstün yollandı: 16-10. Bu setdə də komandamız uğurla çıxış edərək, 25-23 hesabı ilə qələbə qazanıb.
Bununla da Azərbaycan milli komandası 3-0 hesabı ilə möhtəşəm qələbə qazanıb.
Samir