17 İyun 2015 11:07
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Birinci Avropa Oyunları idmanda yeni bir ənənədir və idmana bir fərqlilik gətirir. Bu Oyunlar gimnastlar və eləcə də digər növ idmançılar üçün yeni bir ənənədir".

Bunu Trend-ə birinci Avropa Oyunlarında iştirak edən Polşanın idman gimnastikası üzrə komandasının məşqçisi Przemyslav Lis deyib.

P.Lis qeyd edib ki, hər bir idmançı bu yarışlarda iştirak etməklə böyük təcrübə qazanır.

Komandanın üzvləri Qabriela Janik və Katarzina Jurkovska-Kovalska da Avropa Oyunlarının onlar üçün əhəmiyyətli olduğunu və burada böyük təcrübə qazandıqlarını bildiriblər. Gimnastlar onlar üçün yaradılan şəraitin yüksək səviyyədə olduğunu və idmançılar arasında yaxşı atmosferin olduğunu qeyd ediblər.

Polşa idmançıları Azərbaycana birinci dəfə gəldiklərini qeyd edərək ölkəmizi çox bəyəndiklərini bildiriblər. Onlar qeyd ediblər ki, Bakı gözəl şəhərdir, Azərbaycanın yaxşı iqlimi var. İdmançılar həmçinin Bakını gəzmək və Azərbaycanın milli xörəklərinin dadına baxmaq arzusunda olduqlarını bildiriblər.


Müəllif:

Oxşar xəbərlər