18 İyun 2015 18:50
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-2015 Avropa Oyunları çərçivəsində qadınlar arasında suya tullanma üzrə yarışların təsnifat mərhələsi yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, qadınların platform üzərində tullanma yarışlarında 29 ölkə təmsilçisi iştirak edib.

İlk olraq suya azərbaycanlı idmançı Olqa Bıkovskaya daxil olub. Təsnifat mərhələsini uğurla başa vuran atletimiz 323,30 bal toplayaraq finala vəsiqə qazanıb.

Final mərhələsi bu gün saat 20:30-da keçiriləcək.

Rüstəm


Müəllif: