19 İyun 2015 00:45
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kişilər arasında 80 kq çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani qələbə təəssüratlarını bölüşüb.

Qızıl medalçı Teleqraf.com-a açıqlamasında birinci yeri tutduğuna görə sevindiyini söyləyib: "Çox şadam ki, qızıl medal qazandım. Birinci olub qızıl medala layiq görülmək hər zaman qürurverici hissdir. Məni ilk raunddan sonadək dəstəkləyən, arenada alqışlarını əsirgəməyən azarkeşlәrә tәşәkkürümü bildirirəm".

Qeyd edək ki, taekvondo yarışlarının üçüncü günündə mükafatlandırılma mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb. Milad Beigi Harçeqaniyə qızıl medalı ölkə başçısı təqdim edib.


Müəllif:

Oxşar xəbərlər