Ölkəmizin gimnastikanın çoxnövçülük üzrə yığması Avropa Oyunları ilə bağlı fikirlərini bölüşüb.
Teleqraf.com xəbər verir ki, gimnastlar iyunun 21-də keçiriləcək final qarşılaşmasında medal qazanacaqlarına inandıqlarını deyiblər:
“Bəzi səhvlərimiz oldu. Buna baxmayaraq 5-ci yerdə bitirməyimiz finala çıxmağımıza şərait yaradır. Ayın 21-də hər şey bilinəcək. Biz bir il yarımdır ki, məşq edirdik. Məşqçimiz bizdən razıdır. Çalışacağıq ki, finalda ölkəmizə medal qazandıraq”.