21 İyun 2015 21:34
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Döyüşüm çətin keçdi. Rəqibim çox güclü idi. Amma mən görüşü qalib başa vura bildim".

Teleqraf.com-un məlumatına görə, bu sözləri Azərbaycanı 64 kiloqram çəki dərəcəsində təmsil edən Lorenzo Sotomayor Moldovadan olan Dmitri Qalaqot üzərindəki qələbədən sonra deyib.

Asan rəqibin olmadığını deyən təmsilçimiz bundan sonra Avropa Oyunlarının qalibi olmaq üçün əlindən gələni edəcəyini bildirib: "Mənim üçün asan rəqib yoxdu. Bütün döyüşlərə eyni tempdə hazırlaşıram. Hər kəs kimi mənim də məqsədim qələbə qazanmaqdır".

Sotomayor birinci raundda rəqibini naqdauna saldıqdan sonra müdafiəyə çəkilməsinin səbəbini rəqibin çox cəld olması ilə əlaqələndirib: "Onu naqdauna salsamda, fiziki cəhətdən çox güclü boksçudur. Döyüş ərzində rəqibin hərəkətlərinə uyğun olaraq özümə taktika seçir və görüşü elə davam etdirirəm".

Uğur


Müəllif:

Oxşar xəbərlər