22 İyun 2015 12:00
1 629
12 Punto 14 Punto 16 Punto 18 Punto

-74 kq-da yarımfinalda təmsilçimiz Amil Qasımovun rəqibi bolqarıstanlı Martin İvanov olub. Samboçumuz ilk dəqiqələrdən rəqibindən üstün olmağı bacarıb. O bu üstünlüyünü sona qədər qoruyub və görüşü qələbə ilə başa vurub - 4:3. O, finala vəsiqə qazanıb.

İlk görüşdə Rusiya idmançısı Kostenko Yanayaya 4:0 hesabla məğlub olan xanım təmsilçimiz Şəhanə Hüseynova ( -60 kq) təsəlliverici görüşə çıxıb. Onun rəqibi gürcüstanlı Shorena Saharadze olub. O, rəqibini 4:2 hesabıyla məğlub edib. Beləliklə, bürünc medal uğrunda görüşə haqq qazanıb.

11:37

57 kq-da mübarizə aparan İslam Qasımov yarımfinalda Gürcüstan təmsilçisi Vaxtanq Ciduaşviliylə qarşılaşıb. 3:1 hesabıyla qalib gələn samboçumuz finala yüksəlib. O, finalda Rusiya idmançısı Aymergen Atkunovla qarşılaşacaq. Görüş saat 19:18-də olacaq.

+100 kq-da çıxış edən Vasif Səfərbəyov Ukraynanı təmsil edən erməni əsilli Razmit Tonoyanla üz-üzə gəlib. Səfərbəyov qalib gəlməklə finala vəsiqə qazanıb - 2:0. Finalda onun rəqibi rusiyalı Artem osipenko olacaq. Döyüş 21:30-da başlayacaq.

Qadın samboçumuz Nəzakət Xəlilova litvalı Ruta Aksiona ilə qarşılaşıb. Görüş 7:0 hesabı ilə təmsilçimizin xeyrinə bitib. Nəzakət Xəlilova finala vəsiqə qazanıb.

11:11

68 kq-da 1/8 final mərhələsindən azad olan Nərminə Əlizadə də debüt görüşündə uduzub. Samboçumuz Olqa Namazava (Belarus) ilə bacarmayıb - 0:4.

Qadınlar arasında -64 kq çəki dərəcəsində Qurbanova Fəridə Moldovadan olan rəqibi Yekaterina Kretuya məğlub olub 4:0

Hüseynova Şəhanə ( -60 kq) Rusiyadan olan rəqibi Kostenko Yanaya məğlub olub - 4:0.

10:53

64 kq çəki dərəcəsində 1/4 finaldan mübarizəyə qoşulan Fəridə Qurbanova ilk görüşündə moldovalı Yekaterina Sretu ilə görüşüb. Döyüş idmançımız üçün uğursuz alınıb və o, məğlubiyyətə üzülüb - 0:2.

+100 kq çəki dərəcəsində 1/4 finalda təmsilçimiz Vasif Səfərbəyov Makedoniya Dövlət Respublikasından olan Maşovikç Bajroya qalib gəlib - 4:0. o, yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Razmik Tonoyanla qarşılaşacaq. Görüş 11:36-da baş tutacaq.

10:43

-52 kq çəki dərəcəsində 1/4 finalda çıxış edən xanım samboçumuz Fəridə Xəlili rumıniyalı rəqibi Kodrina İoneskonu məğlub edib. O, görüşü 3:1 hesablı qələbə ilə başa vurub. İdmançımız yarımfinalda litvalı Ruta Aksionova ilə qüvvəsini sınayacaq.

10:35

Həmyerlilərimiz İslam Qasımovun ilk görüşü 1/4 finala təsadüf edib. Rumıniyalı Orlando Qruia ilə görüşən samboçumuz asanlıqla qələbə qazanıb. Rəqibini 9:0 hesabı ilə məğlub edən İslam yarımfinalda Vaxtanqi Çidraşvili ilə mübarizə aparacaq.

10:21


Avropa Oyunlarında -90 kq çəki dərəcəsində 1/4 finalda çıxış edən samboçumuz Kənan Qasımov Ukrayna idmançısı İvan Vasilçukla qarşılaşıb.

Görüşün ilk dəqiqələrində idmançımız aktivinə 2 xal əlavə edə bilib. İdmançımız sona qədər üstünlüyünü qoruyub və qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

09:56


Bu gün Bakı 2015 Avropa Oyunlarında sambo yarışları keçiriləcək.


Teleqraf.com xəbər verir ki, 1 gün davam edəcək mübarizədə 8 dəst medalın sahibi müəyyənləşəcək.

Həm kişilər, həm qadınlar 4 çəki dərəcəsində qüvvəsini sınayacaq. Azərbaycan millisi yarışa 8 samboçu ilə qatılıb.

Sambo

22 iyun

Kişilər

57 kq

Həmyerlimiz İslam Qasımov 1/4 final görüşünə saat 10:24-də çıxacaq. O, rumıniyalı Orlando Qruia ilə üz-üzə gələcək.

74 kq

Bu çəki dərəcəsində döşəyə çıxacaq təmsilçimiz Amil Qasımov da ilk mərhələdən azaddır. O, 1/4 finalda Tadey Cutuk (Sloveniya) – Kaxa Mamulaşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Təmsilçimizin ilk görüşü 11:06-da start götürəcək.

90 kq

Millimizin medal ümidlərindən olan Kənan Qasımov da mübarizəyə 1/4 finaldan start verəcək. O, debütdə ukraynalı İvan Vasilçuku sınağa çəkəcək. Bu qarşılaşma saat 10:12-də başlayacaq.

+100 kq

Ölkəmizi təmsil edəcək Vasif Səfərbəyov da yarışa 1/4 finaldan başlayacaq. Samboçumuz Bayro Maşoviçlə (Makedoniya) münasibətinə aydınlıq gətirəcək. Həmyerlimiz 10:48-də döşək üzərinə çıxacaq.


Qadınlar

52 kq

Bu çəki dərəcəsində ölkəmizi Nəzakət Xəlilova təmsil edəcək. O, ilk görüşünü 1/4 finalda keçirəcək. Təmsilçimiz Sodriana İonesku (Rumıniya) ilə üz-üzə gələcək. Bu görüş 10:36-da start götürəcək.

60 kq

1/8 final mərhələsindən azad olan Şəhanə Hüseynova rəqibini gözləyir. O, Yana Kostenko (Rusiya) - Şorena Şaradze (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. Təmsilçimizin bu yarışdakı debütü 10:54-ə təsadüf edəcək.


64 kq

1/4 finaldan mübarizəyə qoşulacaq Fəridə Qurbanova ilk görüşünə saat 10:36-da çıxacaq. İdmançımız yarımfinala vəsiqə uğrunda moldovalı Yekaterina Sretu ilə görüşəcək.

68 kq

Nərminə Əlizadə 1/8 final mərhələsindən azaddır. O, yarımfinala yüksəlmək üçün Olqa Namazova (Belarus) ilə qarşılaşacaq. Samboçumuzun görüşü saat 11:00-da başlayacaq.


Müəllif: