23 İyun 2015 10:00
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Bakı 2015” Birinci Avropa Oyunlarında qadınlar arasında keçirilən voleybol yarışlarının ¼ final mərhələsinin görüşləri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, ilk qarşılaşma saat 13:00-da Polşa və Almaniya kollektivləri arasında keçiriləcək.

İkinci görüş Bakı vaxtı ilə 15:00-da baş tutacaq. Günün maraqla gözlənilən bu qarşılaşması Türkiyə və Rusiya komandaları arasında baş tutacaq.

Üçüncü görüşdə qadın voleybolçularımız Hollandiya ilə qarşılaşacaq. Bu görüşün favoriti Azərbaycan voleybolçuları sayılır. Oyun saat 19:00-da başlayacaq.

Günü son qarşılaşması Belçika və Serbiya komandaları arasında keçiriləcək. Bu görüşə saat 21:00-da start veriləcək.

Qeyd edək ki, komandamız keçirdiyi 5 oyundan yalnız birində - Türkiyə kollektivi ilə baş tutan son görüşdə uduzaraq, “A” qrupunu ikinci yerdə başa vurub.

Samir


Müəllif:

Oxşar xəbərlər