24 İyun 2015 21:42
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hər işin birincisi çətin olur. Birincisi olmasına baxmayaraq, Avropa Oyunlarını belə yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycanı təbrik edirəm".

Bunu Trend-ə açıqlamasında Türkiyə Boks Federasiyasının prezidenti Eyup Gözgeç deyib.

Federasiya prezidentinin sözlərinə görə, Bakı-2015 birinci Avropa Oyunlarında təşkilatçılıq mükəmməl səviyyədədir: “Azərbaycanın dövlət başçısı İlham Əliyev ailəsi ilə birlikdə yarışları addım-addım izlədi. Təbii ki, bu, ölkənin idmana verdiyi dəyərin göstəricisidir. Bundan başqa, Azərbaycanda hər kəs Avropa Oyunlarına hazırlaşıb. Heç kimin də burada heç bir çətinliyi olmadı. Nə gediş-gəlişdə, nə də yerləşmədə problem oldu. Allah azərbaycanlı qardaşlarımızdan razı olsun”.


Müəllif:

Oxşar xəbərlər