27 İyun 2015 11:16
395

Bakı 2015 I Avropa Oyunlarında çimərlik futbolu yarışlarında bu gün finalçıların adlarına aydınlıq gələcək.

Teleqraf.com xəbər verir ki, əvvəlcə meydançaya 5-8-ci yerlər uğrunda mübarizə aparan komandalar çıxacaq. Qrupda hər 3 oyununda məğlub olan Azərbaycan yığması saat 17:30-da İspaniya ilə qarşılaşacaq. Millimiz qələbə qazanarsa, sabah 5-ci yer, uduzarsa 7-ci yer uğrunda görüşdə iştirak edəcək. Digər cütlükdə isə Ukrayna ilə Macarıstan üz-üzə gələcək.

Daha sonra yarımfinalçılar münasibətlərinə aydınlıq gətirəcəklər. İtaliya – İsveçrə və Portuqaliya – Rusiya qarşılaşmalarının qalibləri finala vəsiqə qazanacaq, məğlubları isə bürünc medal uğrunda mübarizə gözləyir.

Çimərlik futbolu

27 iyun


5-8-ci yerlər uğrunda

16:00 Ukrayna – Macarıstan
17:30 İspaniya – Azərbaycan

Yarımfinal
19:00 İtaliya – İsveçrə
20:30 Portuqaliya – Rusiya


Müəllif:
loading...