9 İyun 2016 15:27
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sankt-Peterburq şəhərində Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə üçtərəfli sammit keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib:

"Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Fransanın Moskvadakı səfiri Jan Moris Riperlə görüşüb. Riperin təşəbbüsü ilə baş tutan görüşdə ATƏT-in Minsk qrupunun fransalı həmsdərli Pyer Adryu da iştirak edib. Görüş zamanı Ukrayna böhranı və Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı keçiriləcək üçtərəfli sammitə hazırlıq məsələləri, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiyadakı vəziyyət müzakirə edilib".

Samir


Müəllif:

Oxşar xəbərlər