Avropa İttifaqı Ukraynaya qoşun göndərmək üçün səkkiz ölkədən ibarət koalisiya yaratmağı düşünür.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
“Avropa ölkələri arasında konsensus yoxdur, ona görə də ideya NATO-dan deyil, Ukrayna ilə ikitərəfli razılaşmadan asılı olan və qətiyyətlə hərəkət etmək əzmində olan səkkiz Avropa ölkəsindən ibarət koalisiya yaratmaqdır”, - materialda deyilir.