20:16
204
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişədən Rusiyaya qarşı təzyiq aləti kimi istifadə etmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Donald Trampın özü “Time” jurnalına müsahibəsində bildirib.

Tramp qeyd edib ki, ABŞ Ukraynaya dəstək göstərməklə münaqişəni sona çatdırmaq istəyir: "Bu dəstək Rusiyaya qarşı təsir rıçaqlarından biridir. Ukrayna böhranın həlli Ukraynaya davamlı dəstəkdən keçir. Biz Rusiyaya qarşı bu dəstəyi alət kimi istifadə edəcəyik. Rusiya ya masaya oturacaq ya da Ukrayna misli görünməmiş dəstək əldə edəcək. Yarım milyon itki verən Rusiya bu müharibəni uzadarsa, daha böyük itkilərlə üz-üzə qalacaq. ABŞ Rusiyanın istədiyi qələbəni qazanmasına imkan verməyəcək.".

Tramp həmçinin Ukrayna Silahlı Qüvvələrinə Qərbin uzaqmənzilli silahları ilə zərbələr endirməsinə icazə verilməsi qərarına mənfi münasibət bəslədiyini vurğulayıb. Onun sözlərinə görə, bu, dünyada vəziyyəti daha da təhlükəli edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər