10 İyun 2016 00:52
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə terror aktlarına görə azot gübrəsinin satışına qadağa qoyulub.

Teleqraf.com APA-ya istinadən xəbər verir ki, buna səbəb partlayıcı qurğuların istehsalatında istifadə edilə biləcək azot gübrəsinin tərkibində ammonium nitratının olmasıdır.

"Türkiyədə dünəndən etibarən partlayıcı qurğuların istehsalatında istifadə edilə biləcək azot gübrəsinin satışına qadağa qoyulub", - deyə Türkiyənin kənd təsərrüfatı naziri Faruk Çelik bildirib.

Onun sözlərinə görə, artıq 64 min ton azot gübrəsi satışdan çıxarılıb.

O əlavə edib ki, satışdan çıxarılan azot gübrəsinin alternativ gübrə ilə əvəz edilməsi nəzərdən keçirilir.


Müəllif:

Oxşar xəbərlər