19 İyun 2016 13:32
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçıların 18-21 iyul tarixlərində keçiriləcək qurultayında ABŞ prezidenti postuna namizəd irəli sürülməsini təmin edən milyarder Donald Tramp Rusiya prezidenti Vladimir Putini Vaşinqtona dəvət etməyə hazır olduğunu bildirib.

APA-nın məlumatına görə, D. Tramp “Corriere della Sera” qəzetinə müsahibəsində ABŞ-Rusiya münasibətlərinin tam formatda bərpası ilə bağlı təşəbbüsünün V. Putin tərəfindən dəstəklənməsinə də münasibət bildirib.

D.Tramp deyib ki, V.Putin düz danışıb: “Biz münasibətləri dəstəkləməliyik. Rusiya ilə razılığa gəlmək gözəl olar, bu, dünyada vəziyyətə müsbət təsir göstərər. Rusiya da İŞİD terror təşkilatına qalib gəlmək istəyir. Rusiya gücdür və güclərimizi koordinasiya etmək müsbət hal olar”.


Müəllif:

Oxşar xəbərlər