19 İyun 2016 16:11
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin ABŞ-ın Tibet yarımadası üzərindən ölkənin daxili işlərinə müdaxilə etdiyini bəyan edib. Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Çin xarici işlər naziri Vang Yi amerikalı həmkarı Con Kerri ilə telefon əlaqəsi saxlayıb.

Tərəflər 6-7 oktyabrda planlaşdırılan Çin-ABŞ Strateji və İqtisadi Dialoq Toplantısıı və son günlər gərginliyə səbəb olan Tibet mövzusunda müzakirələ aparıblar.

Vang Yi ABŞ-ın Tibet yarımadası üzərindən ölkənin daxili işlərinə müdaxilə etdiyini və bunun iki ölkə arasında əməkdaşlıq imkanlarına mənfi təsir göstərdiyini bəyan edib. Con Kerri ABŞ Tibetlə bağlı mövqeyinin dəyişmədiyini və bu bölgənin müstəqilliyini tanımayacağını bildirib.

Pekin rəhbərliyi Barak Obamanın Tibetin ruhani lideri Dalai Lama ilə Ağ Sarayda görüşməsini tənqid edib. Tibet 1957-ci ildən müstəqillik uğurunda mübarizə aparır. Çin isə həmin bölgənin tarixi ərazisi olduğunu bildirərək hər cür müstəqillik cəhdlərinin qarşısını alır.

Ayxan


Müəllif:

Oxşar xəbərlər