ABŞ Cümhuriyyət Partiyasının prezidentliyə namizədi Donald Tramp seçki qərargahının rəhbəri Korey Levandovskini vəzifəsindən uzaqlaşdırıb.
Teleqraf.com xəbər verir ki, Trampın sözcüsü Hope Hiks qərargah rəhbərilə yolların ayrıldığını təsdiqləyib. Levandovski mühafizəçilərin müşaiyyətilə ofisdən ayrılıb. Qeyri-rəsmi bilgilərə görə, Levandovski rəhbərliklə əlaqələrini zəif qurduğu üçün kampaniyadan uzaqlaşdırılıb.
Levandovskinin yerini kampanya başqanı və baş strateq kimi tanınan Paul Manafortun tutacağı bildirilir.
Ayxan