Bakının Pirallahı rayonunda bədbəxt hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Xəzər dənizinin Pirallahı qəsəbəsi hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Fərid İsmayıllı dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Hacı Zeynalov