Çinin Xunan vilayətində sərnişin avtobusunun yanması nəticəsində azı 7 nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Məlumata görə, hadisə İçjan yaşayış məntəqəsində baş verib.
İçərisində 56 nəfərin olduğu avtobusun yanması nəticəsində 20 nəfərin xəsarət aldığı bildirilir. Hazırda hadisə yerində xilasedicilər və həkimlər işləyir.
Faktla bağlı araşdırma aparılır.