26 İyun 2016 14:59
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatında baş vermiş təbii yanğın nəticəsində 150-dən çox ev yanıb.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Kaliforniya ştatının Yanğından Mühafizə Xidmətinin nümayəndəsi Kern Entoni Romero məlumat verib.

Onun sözlərinə görə, bir neçə gündür davam edən yanğın nəticəsində ən azı iki nəfər ölüb. Kern Entoni Romero bildirib ki, Leyk-İzabella şəhərinin bir neçə yaşayış məntəqəsi tamamilə yanıb.
Yanğın təhlükəsi ilə əlaqədar yaxınlıqdakı ərazilərin sakinləri təxliyyə edilib. Alovun söndürülməsinə 1000-dən çox yanğınsöndürən cəlb olunub.

O, bildirib ki, yanğının söndürülməsinə quraqlıq, habelə küləkli hava şəraiti mane olur.


Müəllif:

Oxşar xəbərlər