30 İyun 2016 00:14
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsində status-kvonu uzun müddət saxlamaq mümkün deyil. Trend-in arka.am saytına istinadən verdiyi xəbərə görə, bunu İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın Xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

Onun sözlərinə görə, regionda hərbi əməliyyatların başlamasından artıq iki ay vaxt keçib: "Düşünürəm ki, hamı - təkcə münaqişə tərəflərinə deyil, həm də ATƏT aydın başa düşür ki, uzun müddət status-kvonu saxlamaq mümkün deyil. Biz hesab edirik ki, münaqişə nə qədər çox davam etsə, hərbi əməliyyatların eskalasiyası riski bir o qədər artır".

Ştaynmayerin sözlərinə görə, münaqişənin uzunmüddətli həlli üçün səyləri artırmaq lazımdır.

“Mən yalnız onu deyə bilərəm ki, baş verən hadisələr təkrarlanmamalıdır. Biz təhlükəsizliyin təmini və danışıqları davam etdirmək yollarını tapmalıyıq ki, atəşkəs rejimini sabitləşdirə bilək. Biz həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofisinin genişləndirilməsi üçün səy göstərəcəyik”, - deyə Ştaynmayer bildirib.


Müəllif:

Oxşar xəbərlər