6 İyul 2016 20:31
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə diplomatik münaqişəyə görə Qərb ölkələrinin 2013-cü ilin sonundan 2015-ci il iyun ayınadək itkiləri 60,2 milyard dollar təşkil edir. Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu barədə Fransanın Siyasi-İqtisadi Analtik Mərkəzindən bildirilib.

Mərkəzin hesabatında deyilir ki, bu müddət ərzində Rusiyaya qarşı sanksiyalar elan edən və Rusiya tərəfindən əks-sanksiyalar tətbiq edilmiş 37 ölkənin ixracatdan gəliri məhz bu qədər əskik çıxıb.

İtkilərin 82,2 faizi Rusiya tərəfindən idxalına qadağa qoyulmuş ərzaqla bağlı deyil. Bu embarqo nəticəsində itkilər 10,7 milyard dollar təşkil edib, başqa malların ixracat itkiləri isə 49,5 milyard olub.

Bu nəticələr itkilərin böyük qisminin Rusiya embarqosu ilə deyil, Qərb ölkələrinin sanksiyaları ilə bağlı olduğunu göstərir.

Fransalı iqtisadçıların fikrincə, itkilərin böyük hissəsi – ümumi ticarət itkilərinin 76,7 faizi - Avropa İttifaqı ölkələrinin üzərinə düşür.

Diplomatik münaqişədən ən çox Almaniya zərər çəkib. Bu ölkənin orta aylıq ticarət itkiləri 832 milyon dollardan artıqdır. Sanksiyalar səbəbindən ümumi itkilərin 27 faizi Almaniyanın üzərinə düşüb, 0,4 faizi ABŞ-ın, 4,3 faizi Böyük Britaniyanın payına düşür.

Polşa, Hollandiya və Ukraynanın da sanksiyalardan əhəmiyyətli ziyan çəkdiyi qeyd olunur.

Qərb ölkələri Rusiyaya qarşı 2014-cü ildə Krımın silahlı ilhaqına və Ukraynanın şərqində silahlı münaqişəyə müdaxiləsinə görə sanksiyalar tətbiq ediblər. Buna cavab olaraq, Rusiya 2014-cü ilin avqustunda həmin ölkələrdən ərzaq və bəzi digər malların idxalına məhdudiyyət qoyub.

Aİ bu il iyulun 1-də Rusiyaya qarşı sanksiyaların 2017-ci il yanvar ayınadək uzadıldığını bəyan edib. Bundan əvvəl Rusiya hökuməti ərzaq embarqosunun 2017-ci ilin sonunadək davam etdiriləcəyini bəyan etmişdi.


Müəllif: