"Ankara və Moskva arasındakı münasibətlərin yaxşılaşması NATO-nu sakitləşdirdi".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko deyib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin korlanması NATO-nu çıxılmaz vəziyyətə salmışdı: "Ötən ilin noyabrında rus Su-24 qırıcısının vurulmasından sonra Türkiyə NATO-ya müraciət etmişdi. Münasibətlərin normallaşması NATO-ya rahat nəfəs almaq imkanı yaratdı".
Samir