16 İyul 2016 17:23
1 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dünən axşam baş verən hərbi çevrilişə cəhddə təqsirləndirilən ABŞ-da yaşayan din xadimi Fəthullah Gülən barədə dövlət katibi Con Kerri açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Con Kerri Lüksemburq ziyarəti zamanı verdiyi mətbuat konfransında Gülənin Türkiyəyə təhvil verilməsiylə bağlı hər hansı bir rəsmi tələb almadıqlarını bildirib.

ABŞ-ın Türkiyənin yanında olduğunu, ona dəstək olmaq istədiyini qeyd edən Kerri “Gülən haqqında sualların olduğunu təxmin edirik” deyə jurnalistlər cavab verib.

Kerri hər zaman olduğu kimi Türkiyədən yetərli sübutları istədiklərini bildirib.

Xatırladaq ki, Türkiyənin baş naziri Binəli Yıldırım son açıqlamalarında Fəthullah Gülənin bir terror təşkilatının lideri olduğunu qeyd etmişdi: “Bu terror təşkilatının başçısının arxasında dayanacaq ölkə görmürəm. Onun arxasında dayanan ölkə dost deyil, Türkiyəyə qarşı savaşın içindədir”.

Bəkir


Müəllif:

Oxşar xəbərlər