Türkiyədə dövlət çevrilişinə cəhd edilən gün Hava Qüvvələri Komandanı və 8 generalı qaçıran hərbçi yaxalanıb.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, hadisə baş verən gün Hava Qüvvələri Komandanı Abidin Ünal, general Mehmet Şanver və digər 7 general İstanbuldaki Moda Dəniz Kulubunda toy mərasimində iştirak edirmiş. Oraya basqın edən 36 yaşlı kapitan Okan Kocakurt generalları qaçırıb.
O, bu gün Terrorizmlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Antalyanın Alanya bölgəsində çadırda yaxalanıb.
Şort və mayka geyinən, özünü turist kimi təqdim edən Okan Kocakurtun üstündən içərisində 4 ədəd telefon, bir qədər qızıl və pulun olduğu çanta götürülüb. Çevriliş cəhdi baş tutmadıqdan sonra o, Ankaradan Konyaya qaçıb. Okan Kocakurtun oradan Alanyaya velosipedlə gəldiyi bildirilir.
Nihad