24 İyul 2016 18:16
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdadda intiharçı bombanın partlaması nəticəsində 20-dən çox insan ölüb, 35 nəfər yaralanıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, kamikadze özünü əsasən şiələrin yaşadığı Xədimiyyə bölgəsinin girişində partladıb.

Hadisəyə görə məsuliyyəti özünü İslam Dövləti adlandıran qrup götürüb.

Hazırda təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb.


Müəllif: