1 Avqust 2016 08:52
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papası Fransisk bazar günü Polşada 2,5 milyon katolikin iştirakı ilə açıq havada ayin keçirib.

Teleqraf.com xəbər verir ki, «Miloserdia» adlandırılan düşərgənin yerləşdiyi böyük çəmənlik yüz minlərlə gənclə, rahib və ailələrlə dolub.

Papa Fransisk öz nitqində gənclərə üz tutub ki, xalqlar arasındakı nifrətə qarşı olsunlar, sərhədləri və maneələri istəməsinlər.

Papa «xoşbəxtliyi divanda axtaran tənbəl uşaqları» tənqid edib. Fransisk onları yaşamağa, smartfonlardan asılı olmamağa çağırıb.

Bundan əvvəl Polşada Osvensim ölüm düşərgəsinə baş çəkən Papa deyib ki, orda gördüyü qəddarlıq İkinci Dünya Müharibəsindən sonra bitməyib.


Müəllif:

Oxşar xəbərlər