2 Avqust 2016 16:08
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara Baş Prokurorluğu CHP-nin keçmiş sədri Dəniz Baykal və MHP-nin bəzi millət vəkillərinin gizli kamera ilə çəkilmiş vediosunu yayanlarla bağlı yeni qərar verib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, prokuror Alparslan Karabayın apardığı istintaq çərçivəsində 31-i başqa cinayətlərdə təqsirləndirilən 120 nəfər haqqında həbs qərarı çıxarılıb.

Hazırda həmin adamlardan 36-sı həbs edilib.

İstintaq zamanı 170 nəfərin şübhəli bilindiyi, ancaq haqqında həbs qətimkan tədbiri seçilməyən 50 nəfərin ifadəsinin alınacağı xəbəri də yayılıb.

Mahir


Müəllif: