4 Avqust 2016 13:35
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Jurnalist Pavel Şeremetin ölümünü Rusiyanın xüsusi xidmət orqanları sifariş ediblər".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Zaryan Şkiryak deyib:

"Mən buna əminəm ki, cinayətin sifarişçisi rusiyalı xüsusi xidmət orqanlarının əməkdaşlarıdır".

Onun sözlərinə görə, aparılan araşdırmaların bütün nəticələri bu versiyanın düzgünlüyünü sübut edir: "Şəxsən mənim buna heç bir şübhəm yoxdur".

Qeyd edək ki, hadisə iyulun 20-də Kiyevdə baş vermişdi. Jurnalistin avtomobili Boqdan Xmelnitskov və İvan Franko küçələrinin kəsişməsində partladılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər