Avropa İttifaqı Türkiyəyə verdiyi vədlərə əməl etmir və 53 ildir ki, onun başını aldadır.
Publika.az xəbər verir ki, bunu Rusiyaya səfər öncəsi TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Aİ 53 ildir ki, bizim başımızı aldadır. Biz öz doğruluğumuzu sistematik olaraq sübuta yetiririk və eyni şeyi Aİ-dən də gözləyirik. O, ikili standartlar siyasətindən imtina etməlidir", - deyə Ərdoğan bildirib.