9 Avqust 2016 16:07
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hökuməti 15 iyul çevriliş cəhdlərini beynəlxalq səviyyədə tanıtmaq üçün “Kurtlar vadisi” kimi seriallardan istifadə edəcək.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, iyulun 15-dən 16-na keçən gecə yaşananların yaddaşlardan silinməməsi üçün hökumət yeni bir layihə hazırlayıb. Layihəyə görə, 15 iyul çevrilişi cəhdinə beynəlxalq aləmdə uyğun rəy yaratmaq üçün hadisələr “Kurtlar vadisi” və “Arka sokaklar” seriallarına çəkiləcək.

Ssenari yazarları əvvəlcə xəstəxanalara baş çəkib, həmin gecə yaralanan şəxsləri dinləyəcəklər. Ortaya çıxan hekayələr əsasında qısa və uzun filmlər çəkiləcək.

Sevinc


Müəllif: