İsveçrədə bıçaq və tapança ilə silahlanmış şəxsin qatar sərnişinlərinə hücum etdiyi yerdən ilk videogörüntülər internetdə yayılıb.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, hücum nəticəsində yeddi nəfər yaralanıb.
Hadisəni 27 yaşlı İsveçrə vətəndaşı törədib. O, Salez stansiyası yaxınlığında tezalışan maddədən istifadə edərək qatarı yandırıb. Bundan başqa o, bıçaqla sərnişinlərə xəsarət yetirib.
Hadisə ilə bağlı cinayət işi açılıb. Yerli KİV-in məlumatına görə, yaralılar arasında 6 yaşlı uşaq da var. Hazırda Salez stansiyası bağlanıb. Hadisə yerində araşdırma aparılır.
Nihad