Türkiyədə 51 nəfərin ölümünə səbəb olmuş partlayışı 12-14 yaşlarında bir yeniyetmə həyata keçirib. Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyip Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, hücumun arxasında özünü "İslam Dövləti" (İD) adlandıran qrup dayanır.
Qeyd edək ki, Qaziantep şəhərində törədilən terror nəticəsində 69 nəfər yaralanıb, onlardan 17-nin vəziyyəti ağırdır.
Partlayış kürdlərin küçədə keçirdikləri toyda baş verib.
Qeyd olunur ki, hazırda Gaziantepin cənub istiqamətində kürd silahlı birləşmələri ilə İŞİD yaraqlıları arasında döyüşlər gedir.